Dünyada ilk veb sayt 1991-ci il avqustun 6-da yaradılıb. 1989-cu ilin martında Avropa Nüvə. TədqiqatlarıTəşkilatında (CERN) işləyən fizik Tim Berners-Li informasiyanın idarə edilməsi üçün təklif yazdı. O, təklifdə informasiyanın hipermətndən istifadə etməklə internet üzərindən necə asan...
göndərilməsini təsvir etmişdi. Gələn il sistem mühəndisi Robert Kayo ona qoşuldu və tezliklə Tim Berners-Linin ilk tərəfdarı oldu.İdeya fərdi kompüterlərdə hipermətni internetlə birləşdirməklə vahid informasiya şəbəkəsi yaratmaqdan ibarət idi. Belə şəbəkə "CERN"-də işləyən fiziklər arasında informasiya mübadiləsini təmin etmək üçün lazım idi. İlk proqramlar "NeXT" kompüterində yaradılmışdı. Tim Berners-Li veb səhifələr yaratmaq və onlara baxmaq üçün brauzer-redaktor yaratdı. Onsuz ümumi informasiya məkanı yaradıla bilməzdi. Tim Berners-Li və Robert Kayo brauzer-redaktorlarını 1990-cı ilin mayında "World Wide Web" (Ümumdünya Hörümçək Toru) adlandırdılar. Dünyada ilk veb saytın ünvanı http://info.cern.ch olub. Veb server "CERN"-də "NeXT" kompüterində işləyirdi. İlk veb səhifənin ünvanı isə http://info.cern.ch/hypertext/WWW/TheProject.html olub.
Tim Berners-Li saytda məlumatların ötürülməsi üçün "HTTP" (Hyper Text Transfer Protocol) protokolu, "URI" (Universal Resource Identifier) ünvanlaşma sistemi və "HTML" hipermətn dilinə əsaslanan yeni "World Wide Web" texnologiyasının təsvirini dərc etmişdi. Həmin saytda veb server və brauzerlərin qurulması və iş prinsipləri də təsvir edilmişdi. Bu sayt, həmçinin dünyada ilk internet-kataloqdur; belə ki, Tim Berners-Li burada digər saytlara olan istinadların siyahısını yerləşdirmişdi.
Müəlliflərin sözlərinə görə, ilk sayt adi telefon kimi sadə idi. Onların sərəncamında yalnız bir sayt var idi və bu, ideyanı korlayırdı. Bu ideyanı yaymaq lazım idi.
1991-ci ilin yazında istənilən kompüter və ya terminalda işləyə bilən universal brauzerin sınaqlarına başlandı. Brauzer "siçan" və qrafikanı dəstəkləmirdi, yalnız mətn göstərilirdi.
1991-ci ildə serverlər Avropada digər müəssisələrdə də quruldu və 1991-ci ilin dekabrında qitə xaricində birinci server ABŞ-da "SLAC"-da (Stanford Linear Accelerator Center - Stenford Xətti Sürətləndirici Mərkəzi) quruldu. 1992-ci ilin noyabrında dünyada artıq 26 server mövcud idi, 1993-cü ilin oktyabrınadək isə bu göstərici artaraq 200-ə çatdı. 1993-cü ilin fevralında daha bir dönüş hadisəsi baş verdi: İllinoys ştatında yerləşən universitetin nəzdində fəaliyyət göstərən ABŞ Milli Superkompüterlər Mərkəzi (NCSA) "Mosaic" brauzerinin birinci versiyasını istifadəyə verdi. Qeyd edim ki, "Internet Explorer" brauzeri 7-ci versiyaya kimi məhz "Mosaic" brauzerinin mənbə koduna əsaslanıb.
2012-ci il mayın 1-də "Netcraft" veb-monitorinq şirkəti tərəfindən dərc edilmiş hesabata əsasən, internetdə 662959946 milyon sayt fəaliyyət göstərib.
Vebin ilkin konsepsiyası yalnız fiziklər arasında informasiya mübadiləsi təşkil etmək olub. Lakin ideya o qədər populyarlaşdı ki, milliyətindən, peşəsindən, dinindən asılı olmayaraq demək olar ki bütün insanlar vebdən istifadə edirlər.

Qeyd edim ki, Azərbaycanda yaradılmış ilk veb sayt http://www.science.gov.az saytıdır. 1995-ci ildə yaradılıb.