Kompüter şəbəkələrinin keçmişi və bu günü
Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir.
Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üz qabığını
çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq
şefin kompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı
vasitəsi ilə onun rəyini alır. Oyun klublarında tək oynamaqdan bezən uşaqlar
bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər. Beynəlxalq kompüter
şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının
üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər.
60-cı illərdə kompüter deyiləndə ağıla böyük
mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə ki mainframe-lər
indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru, nə də
klaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.
Həqiqi şəbəkələrdən çox-çox əvvəl alimlər fərqli iki
sistemin məlumatlarının hansı yolla bölüşdürülməsi haqqında müzakirə etməyə
başlamışdılar. Yəqin ki siz də ilk kompüter şəbəkəsinin ARPANET olduğunu
eşitmisiniz. Amerikanın ARPANET
Advanced Research Projects Agency(ARPA) adlı agentliyi tərəfindən
qurulmuşdur. ARPA 1958-ci ildə qurulan və Amerika dövləti üçün yüksək
texnologiyalar düzəldən agentlik idi. 1972-ci ildə adı DARPA(Defence Advanced
Research Agency) kimi dəyişdirildi, 1993-cü ildə təkrar ARPA, 1996-cı ildə isə
təkrar DARPA oldu. DARPA kompüter şəbəkələri ilə bağlı fərqli olan fikirləri
bir araya gətirərək ümumi sistem düzəltdi. Bu agentlik vasitəsi ilə kompüter
şəbəkə layihələri, internetin təməlini qoymuş TCP/IP və buna bənzər
texnologiyalar yaradıldı. Əlbəttə, belə sual yarana bilər ki bəs mainframe-lər
hara yox oldular. 80-ci illərdə İBM(ay bi em) PC(pi si)Personal Computer-
fərdi kompüter fikrini irəli sürdü. Bu kompüterlərdə hətta proqramlaşdırma
təminatı da olacaqdı (DOS, Windows).
Nəticədə PC və ya mini-computer adlandırılan bu
kompüterlərin dünyadakı sayı milyonlara, milyardlara çatdı. Mainframe-lər
texnologiyadakı yeniliklərə baxmayaraq ilk yaradıldıqları məqsədə hələ də
xidmət edirlər. Müəyyən hədd daxilində hesablamaya ehtiyacı olan firmalar
prosessoru IBM As400 olan maşınlardan və buna bənzər mainframe sistemlərindən
hələ də istifadə edirlər.
Mainframe almaq imkanı olmayan firmalar üçün
mini-computer/PC şəbəkələri sistemi yaradıldı. Onlardan bəziləri Novell-in
Netware (Netveyr) sistemi, Microsoft-un NT-si və onların davamı olan Windows
2000, XP, Vista, Windows 7 buna misal çəkilə bilərlər.
2. Kompüter şəbəkələri və onların quraşdırılmasında istifadə olunan texnologiyalar
Bu bölmədə kompüter şəbəkələrinin hansı növlərinin
olduğunu və şəbəkə quraşdırmağa qərar verərkən hansı sahə üçün, hansı şəbəkə
formasından, dizaynından istifadə edəcəyiniz haqda geniş izah verilir.
2.1 LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks)
Müxtəlif tip kompüter şəbəkə dizaynlarının
kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki sahəsi və miqyasına görə
qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək olar
ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:
LAN - Local Area
Network (yerli sahə şəbəkəsi)
WLAN - Wireless Local
Area Network (simsiz yerli sahə şəbəkəsi)
WAN - Wide Area
Network (geniş sahə şəbəkəsi)
MAN - Metropolitan
Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)
SAN - Storage Area
Network, System Area Network, Server Area Network və ya bəzən Small Area
Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi
tanınır)
CAN - Campus Area
Network, Controller Area Network bəzən Cluster Area Network bir
çox adı var. Əsas Controller Area Network (nəzarət sahə şəbəkəsi) kimi
tanınır)
PAN - Personal Area
Network (şəxsi sahə şəbəkəsi)
DAN - Desk Area
Network (idarəetmə sahə şəbəkəsi)
LAN və WAN əsas orijinal sahə şəbəkəsi
kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın inkişafı irəlilədikcə
yaradılmışdırlar və yəqinki bundan sonrada yeniləri yaradılıcaqdırlar.
LAN Nədir?
LAN - Local Area Network (Yerli Sahə Şəbəkəsi). Bu
forma kiçik ofislərdə, ev daxili və ya kiçik kompüter klublarında istifadə olunur.
Bu tip vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə
qoşulmuş printerdən yazı çap etmək olar. Şəbəkə tipi nə qədər böyük olursa
olsun onun tərkibində LAN(lar) olur. Bütün böyük şəbəkələr kiçik LAN
şəbəkələrini birləşdirmək üçün mövcuddurlar və ya o səbəbdən yaranıblar.
WLAN Nədir?
WLAN - Wireless Local Area Network (simsiz yerli sahə
şəbəkəsi). Bu da LAN deməkdir. Həm üstün, həm də mənfi cəhətləri var. Üstün
cəhəti evin ya da ofisin içərisində ayağınıza dolaşacaq və ya divarın
deşilməsinə səbəb olacaq kabellərin olmamağıdır. Mənfi cəhəti onun hələ
inkişaf etməkdə olmasıdır ki, texnologiya kompüter oyunları və həcmi böyük
proqramların tələblərini hələ ki ödəyə bilmir. Amma sənədləri şəbəkə vasitəsi
ilə bölüşmək onun üçün problem deyildir. Üstün cəhəti ötürmə radiusu üzrə
dairəvi formada bağlantı qura bilir. Kabel kimi tək istiqamətli bağlantıdan
asılı olmur.
WAN Nədir?
WAN - Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın
maksimum əhatə sahəsi bir binadırsa, WAN üçün bu əhatə sahəsi şəhərin bir neçə
rayonu, yer kürəsinin tamamı desək yalan olmaz. Əlbəttə ki, burada istifadə
olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə
olunur.
Digər tiplər nədir?
Siyahıda yazılan digər tiplər adlandırıldığı sahə üzrə
şəbəkə dizaynlarıdır. Əsasən məqsədyönlü yaradılmışdırlar. Bəzi sahə şəbəkə
tiplərinin bir neçə adının olmasının səbəbi dizayn formasının saxlanılaraq
məqsədinin dəyişdirilməsi ilə əlaqədardır. Yəni bir dizayn bir çox məqsəd ilə
istifadə oluna bilər.