“Bulud Texnologiyası” nədir?
Son zamanlarda “Bulud Texnologiyası” adını çox tez-tez eşidirik. Yaxşı bəs nədir bu texnologiya? Bu texnologiyanı xüsusi edən nədir? “Bulud Texnologiyası” informasiyanın gələcəyi olaraq bəhs edilir. Səbəblərinə baxsaq, sərhədsiz məlumat yığma və məlumatlarımıza hər yerdən çatma imkanı təqdim etməsidir. Müasir istifadəçilər istifadə etdikləri cihazlarda daha çox məlumat yığmaq istəyirlər.
Texnologiya firmaları da bu ehtiyaca cavab vermək adına, çıxardıqları məhsullarda məlumat tutumunu hər keçən gün artırma meyli göstərirlər. Çıxarılan masaüstü kompüterlər, notebooklar, netbooklar, ağıllı telefonlar, tabletlər və digər mobil cihazların və elektron cihazların tutumları artdıqca qiymətləri də artır.Məlumat saxlama mövzusunda çətinliyə düşdüyünüz bir vəziyyətdə “Bulud Texnologiyası” köməyinizə çatır. “Bulud Texnologiyası”nda məlumatlarımız öz cihazlarımızda deyil, istifadə etdiyimiz xidmətin serverlərində saxlanılır. Beləcə çox aşağı bir tutumlu məlumat saxlama arxiviniz olsa da belə internet vasitəsilə ilə istədiyiniz hər yerdən hər cür məlumatınızı və fərdi məlumatlarınıza dərhal daxil olma təmin edilir, istədiyiniz əməliyyatları dərhal reallaşdıra bilirsiniz.