Təhsil verəndə dost kimi, tərbiyə verəndə düşmən kimi olmaq lazımdır! Təhsilsiz tərbiyə nadanlığa, tərbiyəsiz təhsil axmaqlığa xidmət edir! Müəllimlər özlərinin yox, şagirdlərinin qabiliyyəti ilə fəxr edirlər! Öyrədərkən özü öyrənməyən əsl müəllim deyil! Valideynlərimiz bizə həyat verib, müəllimlər isə ondan necə istifadə etməyi öyrədir! Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan! Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur!

Microsoft Office FrontPage


FrontPage  proqramı


İnternetdə Web səhifələrinin və Web düyünlərinin işlənməsi üçün istifadə olunur. Bu proqramın imkanları çox geniş bir sahəni əhatə edir. Web səhifələrinin yaradılıb redaktə edilməsi üçün bütün imkanları bilən mütəxəssis tapmaq çətindir. Web səhifələrinin redaktə olunması , düyünlərin idarə olunması , Web düyünlərinin yaradılmasında FrontPage proqramının digər Office proqramlarına inteqrasiya edilməsi kimi müxtəlif məsələlərdə müxtəlif mütəxəssislər işləyir. Aşağıdakı məsələlərə baxaq:
                  1. Web səhifələrinin yaradılması 
2. Web düyünlərinin yaradılması və idarə olunması
3. Ssenarilərin işlənməsi və Web səhifələrinin dinamik dəyişdirilməsi
4.  Proyekt üzərində müxtəlif qrupların birgə işləməsi
5. Front Page proqramının Office XP proqramları ilə birgə işlənməsi
6.  Front Page və Web – severlər
7. Web səhifələrinə şəkil əlavə olunması
Web səhifələrinin redaktə olunması üçün Front Page proqramında çoxlu vasitələr var:
-     HTML formatında baza sənədlərinin yaradılması
-      Sənədlərə cədvəllər, çərçivələr, multimediya elementlərini daxil etmək
-      Verilənlər bazasına daxil olmaq. Java Script ssenarilərini yazmaq
-    Web səhifələrinə Word, Power Point, Excel, Access proqramlarından komponentlər daxil etmək