Çinlilər yeməklərini nə üçün çubuqla yeyərlər?
Çinlilərin yemək yemə vərdişlərinin yeməklərini çox kiçik parçalar halında yemələrindən çubuq istifadə etdikləri aydın olur.Çində əvvəllər yalnız varlılar masada əyləşərdilər. Xalqın əksəriyyəti qabları əllərində yemək yeyərdilər. Bir əlləriylə qablarını tutar, o biri əlləriylə çubuq istifadə edərək bəslənərdilər. Sürətlə artan əhali üzündən yemək çətinliyi çəkən çinlilər önlərindəki yeməyi kiçik parçalar halında çoxaldaraq yeyirdilər. O zamanlar ağac çətinliyi səbəbiylə də taxta istifadəsi məhdud idi. Masa istifadəsi buna görə çox çətin idi. Çubuqlar fil dişindən və sümükdən hazırlanardı.
Məzara nə üçün çiçək qoyulur?
İlk olaraq Misir Fironu Tutamkamonun miladdan əvvəl 1346 da öldüyündə məzarının çiçəkdən taclarla örtüldüyü müəyyən olunmuşdur. Şimali Avropada isə e.ə. 2000-ci illərə qədər məzara çiçək qoyulduğu təyin olunmuşdur. O zamanlarda bu çiçəklərin məqsədi yaxşı ruhları çəkmə, pis ruhları qovma məqsədiylə idi. Sonradan isə əsl məqsəd cəsədlər çürüyərkən çıxan qoxunu kamuflyaj etmə məqsədini daşıydı. Sərv ağacı da bu səbəblə mazarlıqlarda əkilir. Ağacın yarpaqları küləyin qarşısını alır, özünə məxsus xoş fərah qoxusu vardır. Cənazə törənlərində də qara geyinmənin məqsədi də qəbiristanlıqlarda hayalletlərdən çəkinmək məqsədi daşımaqdadır.
İnsanlar saatlarını nə üçün sol qollarına taxırlar?
Xüsusi bir vəziyyət və ya fərqli olma düşüncəsi yoxsa insanların çoxu saatlarını sol qola taxır. Çünki əksəriyyət sağ əlini istifadə etməkdədir və bu qolun daha hərəkətli olması səbəbiylə saatın bir yerlərə çarpıb zərər görmə ehtimalı yüksəkdir. Onsuz da saatın qurma düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman onu biləkdən çıxarmadan sağ əllə sol qollarındakı saatı qura bilərlər.
Nə üçün otellərin qapıları dönər qapıdır?
Dönər qapıların tək məqsədi enerji qənaətidir. Böyük binaların daxili davamlı olaraq qızdırılır. Açılan normal qapıdan içəri soyuq hava rahatlıqla girər. Əgər normal qapı istifadə edilsə hava dəyişməsi səbəbiylə kondisionerlər və ya mühərriklər yenidən işləyəcək. Xüsusilə çox adamın girib çıxdığı otel və ya bənzəri binalarda enerji qənaəti üçün dönər qapı istifadə edilər. Dönər qanadlar isti havanın çölə çıxmasına, soyuq havanın da içəri girməsini mane olur.