Təhsil verəndə dost kimi, tərbiyə verəndə düşmən kimi olmaq lazımdır! Təhsilsiz tərbiyə nadanlığa, tərbiyəsiz təhsil axmaqlığa xidmət edir! Müəllimlər özlərinin yox, şagirdlərinin qabiliyyəti ilə fəxr edirlər! Öyrədərkən özü öyrənməyən əsl müəllim deyil! Valideynlərimiz bizə həyat verib, müəllimlər isə ondan necə istifadə etməyi öyrədir! Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan! Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur!

Məntiqi suallar

1) Bir kişinin 3 uşağı var. 1-cisi kişinin yaşının 1-ci rəqəmi yaşındadır, ikincisi kişinin yaşının 2-ci rəqəmi yaşındadır, 3-cüsü isə bu rəqəmlərin cəmi yaşındadır. Heç birisinin yaşları eyni deyil. Kişinin və uşaqlarının yaşının cəmi 45-dir. Belə olduğu halda kişinin neçə yaşı var???

2)Bütün gün boyu eyni sualı verib də fərqli fərqli cavab aldıgımız sual hansıdır???
3)Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evə gəldiyində hər kəsi sorğu-sual edir
Xidmətçi :
-Mən Uşağa baxırdım, deyir
Bağban:
-Mən çiçəkləri sulayırdım, deyir
Təmizlikçi: Mən duşu təmizləyirəm, deyir
Aşbaz:
-Mən yemək hazırlayırdım, deyir.Sizcə kim öldürüb???
 4)Gənc qız, öz anasının cənazəsi vaxtı əvvəllər kim oldugunu bilmediyi bir gənc oğlanla qarşılaşır. Bu gənc oğlan qızın xəyallarının adamıdı və qız oğlanı görər görməz
ona aşiq olur. bundan bir neçə gün keçir. Həmin oğlana bir daha
rast gələ bilmir. Gənc qız bacısını öldürür .
Polis nə üçün bacısını öldürdüyünü soruşur, gənc qız cavab verir?
Qızın bacısını öldürmə səbəbi nədir???
 5)Qurd yerə saldığı almaları görüb sevindi. Dedi:- Əgər ağacda qalan sonuncu almanı da yerə salsam cəmi 55 almam olur.
Qurdun birinci gün 1, ikinci gün 2, üçüncü gün 3 və s. alma yerə saldığı məlumdursa, 55 almanı yerə salmaq üçün ona neçə gün vaxt lazımdır???
6) Dörd kartof 20 dəqiqəyə bişir. İki kartof neçə dəqiqəyə bişər?
7)Üç müdrik qocadan hansının daha müdrik olduğunu müəyyən etmək üçün yoldan keçən bir nəfərə müraciət etdilər. O, qocalara beş papaq göstərdi-üçü qara, ikisi ağ. Sonra dedi:
- Gözlərinizi yumun. O, iki ağ papağı gizlətdi və hər qocanın başına bir qara papaq qoydu.
- İndi gözlərinizi açın. Kim başındakı papağın rəngini birinci tapsa o da ən müdrikdir. Qocalardan biri fikirləşib dedi:
- Mənim başımdakı papaq qaradır.
Müdrik qoca bunu necə bildi?
8) Bizim eradan 300 il əvvəl dahi riyaziyyatçı Evklid belə bir məsələ təklif etmişdi: dənlə yüklənmiş at və eşşək yol gedərkən at eşşəyə deyir:
-Sən öz yükündən 1 kisə mənə versən, onda mənim yüküm səninkindən 2 dəfə çox olar.
-Sən öz yükündən mənə 1 kisə versən, bizim hər ikimizin yükü bərabər olar,-deyə eşşək cavab verdi.
 Bu heyvanlardan hər biri ayrılıqda neçə kisə yük aparırdı?