İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompyuterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyat sistemləri, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.
İnformatikanın əsasını təşkil edən bu elm sahələrini çox vaxt hadware (aparat), software (proqram), brainware (beyin) təminatları şəklində qruplaşdırırlar. İnformatikanın inkişaf istiqamətləri:
İnformasiya nəzəriyyəsi;
Yeni aparat vasitələrinin (hardware) işlənməsi;
Proqram təminatının (software) işlənməsi;
Proqramlaşdırma dilləri;
kompyuter şəbəkələri;
Süni intellekt sistemləri və s.